Logo
    main-post-cover

    Motorola Edge 40 smartfonunun keyfiyyətli fotoları təqdim edilib

    Cihazlar+
    29.03.2023
    Emil
        OneLeaks ləqəbli məşhur insayder Motorola Edge 40 smartfon modelinin fotolarını təqdim edib. Fotolardan da görmək olar ki, smartfon kənarları bir qədər əyilmiş dizaynda reallaşdırılmış ekran əldə edəcək və ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş dairəvi çıxıntı yerləşəcək. Bununla yanaşı Motorola Edge 40 modeli ikili arxa kamera ilə təchiz olunacaq. Texniki özəlliklərə gəldikdə isə məlumata əsasən smartfon 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym pOLED ekran, MediaTek Dimensity 8020 prosessoru və 68 vatt gücündə sürətli şarj texnologiyalı 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla yanaşı Motorola Edge 40-ın gövdəsi IP68 standartı üzrə sudan qorunacaq. Motorola Edge 40 smartfon seriyasının nə zaman təqdim olunacağı bilinmir.
    Paylaş
    Bənzər xəbərlər