Logo
    main-post-cover

    Motorola G Stylus (2023) smartfonunun yeni fotoları təqdim edilib

    Cihazlar+
    29.03.2023
        İnsayderlər Motorola şirkətinin Motorola G Stylus (2023) smartfonunun yeni keyfiyyətli render fotolarını təqdim ediblər. Fotolardan da görmək olar ki, sözügedən smartfon bazara minimum iki gövdə rəngində satışa çıxacaq. Bununla yanaşı o, ikili arxa kameranı özündə birləşdirəcək. Məlumata əsasən əsas arxa kamera 50 MP-lik olacaq. Son məlumatlara əsasən Motorola G Stylus (2023) smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 6.5 düym LCD ekran, Qualcomm və ya MediaTek prosessoru və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun gələn ay təqdim olunacağı gözlənilir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Motorola G Stylus (2023) smartfonunun yeni fotoları təqdim edilib | Technote