
Motorola G Stylus 2023-ün yeni fotoları ortaya çıxıb
İnsayderlər Motorola-nın yeni smartfonu olacaq Motorola G Stylus 2023-ün yeni fotolarını təqdim ediblər. Fotolardan da görmək olar ki, smartfon ikili arxa kamera ilə təchiz olunacaq və onun ekranının yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya ediləcək. Texniki özəlliklərə gəldikdə isə Motorola G Stylus 2023-ün 90 Hz-lik təsvir yenilənməsinə sahib LCD ekran, MediaTek Helio G88 prosessoru, 4 GB RAM, 50 MP-lik əsas arxa kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir. Smartfonun nə zaman təqdim olunacağı barəsində məlumat yoxdur.
Paylaş
Bənzər xəbərlər