Logo
    main-post-cover

    Motorola gövdəsi və ekranı əyilə bilən konseptual smartfonu sərgiləyib (VİDEO)

    Cihazlar+
    25.10.2023
    Emil
         Lenovo şirkətinin bu səhər baş tutmuş innovasiyalar və texnologiyalar ilə bağlı konfransı çərçivəsində Motorola brendi yeni konseptual cihazını sərgiləyib. Söhbət, gövdə formasını dəyişə bilən və üstəlik əyilə bilən ekrana sahib smartfondan gedir. Sözügedən konseptual smartfonda Full HD+ keyfiyyətli ekrandan istifadə edilir və istifadəçi öz tələblərinə uyğun olaraq ekranı əyə bilər. Cihaz bir neçə rejimə sahibdir. Onların arasında standart smartfon rejimi, müəyyən bucaq altında duruş rejimi və biləyə taxılma rejimi var.
         Standart smartfon rejimi çərçivəsində cihazın 6.9 düym ölçülü ekranında digər smartfonların ekranlarında olduğu kimi Android tətbiqlər əks olunurlar. müəyyən bucaq altında duruş rejimi çərçivəsində cihaz artıq 4.6 düym ekrana sahib olur və onu stolüstü saat kimi istifadə etmək olar. Biləyə taxılma rejimi çərçivəsində isə cihazın gövdəsini əyərək biləyə bərkitmək mümkündür. Bu cür cihazın gələcəkdə satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş