main-post-cover

    MSI Claw 8 AI Plus adlı yeni portativ oyun konsolu təqdim edilib

    Cihazlar+
    04.06.2024
    Emil Nəcəfov
         MSI şirkəti bu ilin yanvar ayında baş tutmuş CES 2024 sərgisi çərçivəsində MSI Claw A1M adlı portativ oyun konsolunu təqdim etmişdi. İndi isə şirkət Computex 2024 sərgisi çərçivəsində MSI Claw A1M-in yaxşılaşdırılmış versiyası olan MSI Claw 8 AI Plus adlı yeni portativ oyun konsolunu təqdim edib. MSI Claw 8 AI Plus-ı bu ilin əvvəlində təqdim edilmiş MSI Claw A1M-dən fərqləndirən əsas özəlliklərdən biri də odur ki, yeni portativ oyun konsolunun ekran ölçüsü böyüyüb. Belə ki, MSI Claw 8 AI Plus 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 8 düym ölçülü IPS ekranla təchiz olunub. MSI Claw A1M isə 7 düym ölçülü ekrana sahibdir.
        Üstəlik MSI Claw 8 AI Plus Intel Core Ultra (Intel Core 200 Lunar Lake) prosessoru vasitəsilə çalışan ilk portativ oyun konsoludur. Bundan əlavə olaraq yeni portativ oyun konsolu özündə LPDDR5x standartlı 32 GB RAM ilə 1 TB-lıq SSD-ni birləşdirir. MSI Claw 8 AI Plus-ın batareya həcmi də böyüyüb. Belə ki, MSI Claw A1M-in 53 vatt saat həcmli batareyaya sahib olduğu halda MSI Claw 8 AI Plus 80 vatt saat həcmli batareyanı əldə edib. Üstəlik MSI Claw 8 AI Plus-a iki ədəd USB Type-C girişi əlavə edilib və onlardan biri Thunderbolt 4 dəstəklidir. Xarici görünüşcə isə yeni model MSI Claw A1M-dən fərqlənmir. MSI Claw 8 AI Plus-ın nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    MSI MAG 271QPX E2 gaming monitoru təqdim edilib
    msi-mag-271qpx-e2-gaming-monitoru-teqdim-edilib
    MSI Titan 18 Pro noutbukunun ən güclü versiyası təqdim olunub - QİYMƏTİ
    msi-titan-18-pro-noutbukunun-en-guclu-versiyasi-teqdim-olunub-qiymeti
    MSI MAG 27C6X gaming monitoru təqdim edilib
    msi-mag-27c6x-gaming-monitoru-teqdim-edilib
    MSI Pulse 14 AI (2024) gaming noutbuku təqdim edilib - QİYMƏTİ
    msi-pulse-14-ai-2024-gaming-noutbuku-teqdim-edilib-qiymeti
    MSI MAG 274URFW gaming monitoru təqdim edilib - QİYMƏTİ
    msi-mag-274urfw-gaming-monitoru-teqdim-edilib-qiymeti