
MSI öz ilk portativ oyun konsolunun artıq növbəti versiyası üzərində çalışır
Cihazlar+
15.01.2024
Emil
MSI şirkəti CES 2024 sərgisi çərçivəsində MSI Claw A1M adlı ilk portativ oyun konsolunu təqdim etdi. Lakin görünür, şirkət sözügedən portativ oyun konsolunun artıq növbəti versiyası üzərində çalışır. IGN saytının jurnalistləri MSI təmsilçiləri ilə MSI Claw A1M barəsində danışıblar. IGN jurnalistlərinin sözügedən konsolun nə qədər müddət ərzində dəstəklənəcəyi sualına MSI təmsilçiləri 2-3 il cavabını təqdim ediblər. Onlar bildiriblər ki, kompüter oyunları hər 2-3 ildən bir daha çox resurs tələb edirlər. Buna görə də bu cür məhsulların 2-3 il ərzində dəstəklənməsi tamamilə normaldır. MSI təmsilçiləri həmçinin qeyd ediblər ki, şirkət artıq MSI Claw 2 üzərində çalışır. Lakin MSI Claw 2-nin nə zaman işıq üzü görəcəyi barəsində məlumat verilməyib.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
