Nazik gövdəli Huawei Mate 70 Air-in fotoları ortaya çıxıb
Huawei şirkəti yaxın müddətdə Huawei Mate 70 smartfon seriyasını təqdim etməlidir. Məlum olub ki, bu seriyaya daxil olacaq modellərdən biri nazik gövdəli Huawei Mate 70 Air olacaq. Belə ki, sözügedən smartfonun fotoları China Mobile operatorunun məlumatlar bazasında ortaya çıxıb. Fotolardan da görmək olar ki, Huawei Mate 70 Air smartfonu kənarları əyilmiş dizaynda hazırlanmış gövdəni əldə edəcək və onun arxa panelində dairəvi kamera sahəsi yerləşəcək. Bəzi məlumatlara əsasən smartfon Full HD+ keyfiyyətli 6.9 düym ölçülü ekranla təchiz olunacaq.
Paylaş