
Nazik gövdəli Samsung Galaxy S25 Edge təqdim olunub - QİYMƏTİ
Cihazlar+
13.05.2025
Emil
Samsung çoxdan gözlənilən Galaxy S25 Edge smartfonunu təqdim edib. Təqdim edilmiş bu smartfon flaqman texniki imkanları ilə yanaşı olduqca nazik gövdəsi ilə də seçilir. Qeyd etmək lazımdır ki, Galaxy S25 Edge modeli bu ilin əvvəlində Galaxy S25 smartfon seriyasının təqdimatı zamanı anons edilmişdi. Lakin həmin vaxtda smartfonun təqdimatı keçirilmədi. İndi isə Samsung bu təqdimatı keçirtmiş oldu. Samsung bildirib ki, Galaxy S25 Edge smartfonunun gövdə qalınlığı 5.8 mm, çəkisi isə 163 qram təşkil edir. Gövdə ətrafı çərçivə titan materialdan hazırlanıb.

Smartfon 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli 6.7 düym ölçülü Dynamic AMOLED 2X ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2600 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Üstəlik ekran xüsusi olaraq Galaxy S25 Edge üçün hazırlanmış Gorilla Glass Ceramic 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Galaxy S25 Edge-in gövdəsi IP68 standartı üzrə tozdan və sudan qorunma özəlliyinə sahibdir.

Smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır və 12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Galaxy S25 Edge özündə 200 MP (2 qat optik zoom, 85 dərəcə bucaq əhatəsi və optik stabilizasiya) + 12 MP (120 dərəcə bucaq əhatəsi) ikili arxa kameranı və 12 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 3900 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Galaxy S25 Edge bu ayın sonunda satışa çıxacaq və onun qiyməti 1099$-dan start götürəcək.

Mənbə: GSMarena
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
