
Nazik və yüngül gövdəyə sahib Lenovo ThinkBook 16+ 2024 noutbuku təqdim edilib - QİYMƏTİ
Cihazlar+
25.09.2024
Emil
Lenovo şirkəti ThinkBook seriyasının yeni noutbukunu təqdim edib. Şirkətin yeni noutbuku Lenovo ThinkBook 16+ 2024 adlanır. Bu yeni noutbuk nazik və yüngül gövdə ilə AMD prosessorunu əldə edib. Noutbukun gövdəsinin qalınlığı 16.9 mm, çəkisi isə 1.9 kq təşkil edir. Üstəlik onun gövdəsi MIL-STD-810H hərbi standartının tələblərinə cavab verir. Lenovo ThinkBook 16+ 2024 noutbuku 120 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 16 düym ölçülü IPS ekranla təchiz olunub. Ekran sRGB rəng diapazonunun 100%-ni əhatə edir.

Noutbuk AMD Ryzen 7 8745H prosessoru vasitəsilə çalışır və LPDDR5X-7500 standartlı 24 GB RAM ilə 512 GB-lıq SSD-ni əldə edib. Noutbukun batareya həcmi isə 85 vatt-saat təşkil edir və üstəlik sürətli şarj texnologiyasını dəstəkləyir. Nəticədə noutbuk 50% enerjini 30 dəqiqəyə yığa bilir. Lenovo ThinkBook 16+ 2024 özündə HDMI, USB 4 Type-C, USB 2.0 Type-A, Ethernet girişlərini, SD kart girişini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir. Noutbuk artıq Çində satışa çıxıb və onun qiyməti 755$ təşkil edir. Lenovo ThinkBook 16+ 2024-ün digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
