
Nothing-in CMF adlı brendi yeni naqilsiz qulaqlığını təqdim etməyə hazırlaşır
Cihazlar+
26.01.2024
Emil
Nothing şirkətinin CMF adlı brendi keçən ilin sentyabr ayında 3 cihazını təqdim etmişdi. Söhbət, CMF Watch Pro smart saatından, CMF Buds Pro naqilsiz qulaqlığından və CMF Power şarj adapterindən gedir. İndi isə sözügedən brend dördüncü məhsulunun təqdimatına hazırlaşır. Söhbət, yeni naqilsiz qulaqlıqdan gedir. Məlumata əsasən CMF-nın yeni naqilsiz qulaqlığı Neckband Pro adını əldə edəcək. Neckband Pro adlı yeni naqilsiz qulaqlığın texniki imkanları barəsində məlumat yoxdur. Çox güman ki, o, MWC 2024 sərgisi çərçivəsində Nothing Phone (2a) smartfonu ilə birlikdə təqdim olunacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

POCO F7 Pro və F7 Ultra-nın render fotoları ortaya çıxıb
