
Nothing Phone (2)-nin yeni keyfiyyətli fotoları təqdim edilib
Məşhur insayder Evan Blass təqdimata hazırlaşan Nothing Phone (2) smartfonunun yeni keyfiyyətli fotolarını təqdim edib. Bu dəfə təqdim edilmiş fotolar vasitəsilə smartfonu hər tərəfdən qiymətləndirmək olar. Fotolardan da görmək olar ki, Nothing Phone (2)-də ön kamera ekranın yuxarı mərkəz hissəsindəki kiçik dairəvi çıxıntıda yerləşəcək.
Müqayisə üçün qeyd etmək lazımdır ki, Nothing Phone (1)-də ön kamera ekranın yuxarı sol hissəsindəki kiçik dairəvi çıxıntıda yerləşdirilir. Yeni smartfonun kənar hissələri Nothing Phone (1)-dəki kimi yastı olacaqlar. Son məlumat sızıntılarına əsasən Nothing Phone (2) 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym OLED ekran, Snapdragon 8+ Gen 1 prosessoru, 12 GB RAM və 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Nothing Phone (2)-nin təqdimatı 11 iyul tarixində baş tutacaq.
Paylaş
Bənzər xəbərlər