Reklam
Nüfuzlu insayder Xiaomi 12 Ultra flaqman smartfonunun keyfiyyətli render fotolarını təqdim edib

Nüfuzlu insayder Xiaomi 12 Ultra flaqman smartfonunun keyfiyyətli render fotolarını təqdim edib

Mobil Cihazlar
08.06.2022 PAYLAŞIM

    OnLeaks ləqəbli məşhur insayder təqdimata hazırlaşan Xiaomi 12 Ultra flaqman smartfonunun keyfiyyətli render fotolarını təqdim edib. Beləliklə smartfon barəsində əvvəlki məlumatlar sözügedən render fotoları ilə təsdiqlənmiş oldular. Bununla yanaşı məlum oldu ki, sözügedən smartfon həqiqətən də Leica şirkətinin kameralarını əldə edəcək. Beləliklə render fotolardan da görmək olar ki, Xiaomi 12 Ultra-nın ön panelini kənarları əyilmiş 6.6 düym OLED ekran əhatə edir. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Məlumatda qeyd edilib ki, smartfon 20 MP-lik ön kamera ilə təchiz olunacaq. Lakin əvvəlki məlumat sızıntılarında qeyd edilmişdi ki, smartfon ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kamera ilə təchiz olunacaq.


    Fotolardan da göründüyü kimi bu məlumat öz əksini tapmadı. Smartfonun alt və yuxarı hissələri yastı olacaqlar. Həmin hissələrdə isə stereo səsgücləndiricilər yerləşdiriləcək. Smartfonun arxa paneli böyük ölçülü kamera sahəsi ilə diqqəti cəlb edir. Fotolara əsasən demək olar ki smartfon dördlü arxa kameraya və bir sıra əlavə sensorlara sahib olacaq. Mövcud məlumata əsasən smartfon 50 MP-lik əsas kamera, 48 MP-lik ultragenişbucaqlı kamera, 48 MP-lik teleobyektiv və neçə MP olacağı bilinməyən daha bir teleobyektiv ilə təchiz olunacaq. Son məlumatlarda qeyd edilib ki, Xiaomi 12 Ultra modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 3200x1441 piksel keyfiyyətli ekran və Snapdragon 8+ Gen 1 prosessoru ilə təchiz olunacaq. Bəzi məlumatlara əsasən Xiaomi 12 Ultra 1350$ qiymətində satışa çıxacaq. Smartfonun təqdimatı yaxın aylar ərzində baş tutmalıdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


POCO F4 və POCO X4 GT smartfonları təqdim olunub - QİYMƏTİ

Xiaomi tərəfindən keçirilmiş rəsmi təqdimat çərçivəsində POCO brendi öz yeni smartfonlarını təqdim e..


Nothing Phone (1)-in bəzi texniki özəllikləri Geekbench vasitəsilə təsdiqlənib..

Təqdimata hazırlaşan Nothing Phone (1) smartfonunun dizaynı və hətta çalışma prosesi daha öncədən sə..


iPhone 14 smartfonları bir dəfə şarj olunandan sonra əvvəlki iPhone-lardan daha ..

Çinin Baidu adlı sosial şəbəkəsində iPhone 14 smartfonlarının vacib özəlliklərindən birini əhatə edə..


6000 mAh batareyaya sahib büdcəli Galaxy F13 smartfonu təqdim olunub - QİYMƏTİ..

Samsung şirkəti Galaxy F13 adlı yeni büdcəli smartfonunu təqdim edib.


Nothing Phone (1)-in hərtərəfli dizaynı və unikal funksiyaları sərgilənib (VİDEO..

MKBHD adlı Youtube kanalının müəllifi məşhur blogger Marques Brownlee OnePlus şirkətinin keçmiş həmt..


Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fotoları ortaya çıxıb

Twitter-də Xiaomi şirkətinin təqdimata hazırlaşan Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fot..

×