
OnePlus 11 smartfonunun keyfiyyətli render fotosu və texniki özəllikləri təqdim edilib
Cihazlar+
05.12.2022
Emil
OnLeaks ləqəbli məşhur insayder OnePlus şirkətinin növbəti flaqman smartfonunun keyfiyyətli render fotosunu və onun barəsində bəzi məlumatları təqdim edib. Söhbət, OnePlus 11 flaqman smartfon modelindən gedir. Təqdim edilmiş fotodan da görmək olar ki, OnePlus 10 Pro kimi OnePlus 11 modeli də üçlü arxa kamera ilə təchiz olunacaq. Bununla yanaşı kameralar Hasselblad şirkəti tərəfindən hazırlanacaq. Kameralar smartfonun arxa panelində yerləşəcək xüsusi dairəvi sahənin daxilində olacaqlar.

Həmin dairəvi sahə isə axıcı şəkildə smartfonun kənar hissəsi ilə birləşəcək. Texniki özəlliklərə gəldikdə isə OnePlus 11 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli 6.7 düym AMOLED ekran ilə təchiz olunacaq. Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 16 GB-a kimi RAM yaddaşı ilə 50 MP + 48 MP + 32 MP üçlü arxa kameranı birləşdirəcək. Bununla yanaşı OnePlus 11 modeli 100 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Gözləntilərə əsasən smartfon 2023-cü ilin birinci rübündə satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
