Logo
    main-post-cover

    OnePlus 12-nin əsas arxa kamerasının hansı brendə sahib olacağı məlum olub

    Cihazlar+
    01.11.2023
    Emil
         İnternetdə OnePlus 12 flaqman smartfonu barəsində məlumatlar ortaya çıxmağa davam edir. Az əvvəl biz xəbər verdik ki, şirkətin top menecerlərindən biri OnePlus 12-nin kameraları vasitəsilə çəkilmiş foto nümunələri təqdim edib. İndi isə OnePlus 12-nin əldə edəcəyi kameraların modelləri barəsində məlumat verilib. Belə ki, Çinin Weibo adlı sosial şəbəkəsində ortaya çıxmış posterə əsasən OnePlus 12 smartfonu Sony şirkətinin Lytia adlı yeni kamera brendinin kamerasını əldə edəcək.
         Lakin bunun hansı Lytia modeli olacağı məlum deyil. Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə inansaq, söhbət, Lytia T808 adlı kameradan gedir. Qeyd etmək lazımdır ki, qatlana bilən OnePlus Open smartfonunda da bu kameradan istifadə edilir. Sadəcə olaraq OnePlus Open-də sözügedən kameranın 48 MP-lik versiyasından istifadə edildiyi halda OnePlus 12-də 50 MP-lik versiyası istifadə edilə bilər.
    Paylaş