
OnePlus 13-ün qlobal versiyası barəsində yeni təfərrüatlar ortaya çıxıb
Cihazlar+
16.11.2024
Emil
OnePlus şirkəti keçən ayın sonunda Çində OnePlus 13 smartfonunu təqdim etdi. İndi isə şirkət onun qlobal versiyasını təqdim etməyə hazırlaşır. İnternetdə OnePlus 13-ün qlobal versiyası barısində bəzi təfərrüatlar ortaya çıxıb. Ortaya çıxmış məlumata əsasən qlobal bazarda bu smartfon 4 gövdə rəngində satışa çıxacaq. Black Eclipse, Midnight Ocean və Arctic Dawn. OnePlus 13-ün qlobal versiyası alıcılara iki versiyada təklif ediləcək.
Birinci versiya 12 GB RAM-a və 256 GB daxili yaddaş həcminə, ikinci versiya isə 16 GB RAM-a və 512 GB daxili yaddaş həcminə sahib olacaq. Məlumatda qeyd edilib ki, smartfonun 12 GB RAM-a və 256 GB daxili yaddaş həcminə sahib versiyası yalnız Black Eclipse gövdə rəngində satılacaq. Digər özəlliklər baxımından OnePlus 13-ün qlobal versiyası Çində satılan versiyadan fərqlənməməlidir. Smartfonun qlobal versiyası ya bu ilin sonuna kimi ya da gələn ilin əvvəlində təqdim ediləcək.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
