
OnePlus 13-ün qlobal versiyası Geekbench testlərindən keçib
Cihazlar+
10.12.2024
Emil
OnePlus şirkəti oktyabr ayında OnePlus 13 smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun qlobal versiyasını təqdim etməyə hazırlaşır. Smartfonun qlobal versiyası çox güman ki, artıq gələn ay təqdim olunacaq. İndi isə məlum olub ki, OnePlus 13-ün qlobal versiyası Geekbench testlərindən keçib. Bu isə onun yaxın zamanda təqdim olunacağına işarə edir. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən OnePlus 13-ün qlobal versiyası Çində satılan versiya kimi Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən smartfonun 16 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, smartfonun qlobal versiyası qutudan Android 15-i əldə edəcək. Beləliklə OnePlus 13-ün qlobal versiyası Geekbench-in bir nüvəli testi çərçivəsində 2984 xal, çox nüvəli testi çərçivəsində isə 9053 xal toplayıb.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
