Logo
    main-post-cover

    OnePlus 13-ün qlobal versiyasının təqdimatı anons edilib

    Cihazlar+
    17.12.2024
    Emil
         OnePlus şirkəti oktyabr ayında Çində OnePlus 13 flaqman smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun qlobal versiyasını təqdim etməyə hazırlaşır. Məlum olub ki, OnePlus öz flaqman smartfonunun qlobal versiyasının təqdimat tarixini elan edib. Beləliklə şirkət tərəfindən təqdim edilmiş posterə əsasən OnePlus 13-ün qlobal versiyası 7 yanvar tarixində təqdim ediləcək. Çox güman ki, smartfonun qlobal versiyası texniki göstəricilər baxımından Çində satılan versiyadan fərqlənməyəcək. Qeyd etmək lazımdır ki, OnePlus 13 smartfonu 2K keyfiyyətli 6.82 düym ölçülü OLED ekranla təchiz olunur və Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır. Smartfon həmçinin özündə 50 MP + 50 MP + 50 MP üçlü arxa kameranı və 6000 mAh enerji tutumlu batareyanı birləşdirir.
    Paylaş