
OnePlus Ace 2 Pro smartfonu təqdim edilib - QİYMƏTİ
Uzun müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra OnePlus şirkəti sonunda OnePlus Ace 2 Pro smartfonunu təqdim edib. Bu yeni smartfon keyfiyyətli ekranı, rekord göstəricidə RAM yaddaşı versiyası və təkmilləşdirilmiş soyutma sistemi ilə seçilir. Beləliklə OnePlus Ace 2 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2772x1240 piksel keyfiyyətli 6.74 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit təşkil edir və onun yuxarı mərkəz hissəsində ön kamera üçün dairəvi çıxıntı yerləşdirilib. Üstəlik ekran Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Smartfon özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün NFC çipini birləşdirir.
Əsas texniki göstəricilər baxımından OnePlus Ace 2 Pro Snapdragon 8 Gen 2 prosessoru, 12/16/24 GB RAM, 256/512 GB/1 TB daxili yaddaş həcmi, 50 MP (f/1.8 diafraqma, 84.2 dərəcə bucaq əhatəsi, avtofokus, optik stabilizasiya) + 8 MP (f/2.2 diafraqma, 112 dərəcə bucaq əhatəsi) + 2 MP (f/2.4 diafraqma, 89 dərəcə bucaq əhatəsi, 4 sm fokus məsafəsi) üçlü arxa kamera, 16 MP-lik ön kamera və 150 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Şirkətin verdiyi məlumata əsasən bu cür yüksək sürətli şarj texnologiyası hesabına smartfon 100% enerjini 17 dəqiqəyə yığır. OnePlus Ace 2 Pro 23 avqust tarixində Çində satışa çıxacaq. Qlobal bazarda isə smartfon başqa al altında satılacaq. Smartfonun Çin bazarındakı satış qiymətləri aşağıdakı kimi olacaq.
- 12 GB RAM + 256 GB yaddaş - 410$
- 16 GB RAM + 512 GB yaddaş - 465$
- 24 GB RAM + 1 TB yaddaş - 550$.
Paylaş
Bənzər xəbərlər