Logo
    main-post-cover

    OnePlus Ace 2 Pro təqdim olunmağa hazırlaşır

    Cihazlar+
    26.07.2023
    Emil
        Biz artıq dəfələrlə məlumat vermişik ki, OnePlus şirkəti OnePlus Ace 2 Pro smartfonu üzərində çalışır. Görünür, bu yeni smartfonun təqdimatı artıq çox yaxındır. Belə ki, o, Çinin 3C adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Bu isə o deməkdir ki, OnePlus Ace 2 Pro artıq yaxın zamanda təqdim olunmalıdır. Çox güman ki, smartfon gələn ay təqdim olunacaq.
        3C sertifikatlaşdırma agentlinin məlumatlar bazası sayəsində həmçinin məlum olub ki, OnePlus Ace 2 Pro 150 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Daha öncəki məlumat sızıntılarına əsasən isə smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.74 düym OLED ekran ilə təchiz olunacaq. Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 24 GB-a kimi RAM-ı və 1 TB-a kimi daxili yaddaş həcmini birləşdirəcək.
    Paylaş
    Bənzər xəbərlər