OnePlus bağlanma xəbərlərini təkzib edib
Technote.az “XDA Developers” platformasına istinadən bildirir ki, OnePlus şirkəti bağlanacağı ilə bağlı yayılan iddiaları təkzib edib. Şirkət XDA nəşrinə verdiyi açıqlamada bildirib ki, OnePlus Şimali Amerika bazarında fəaliyyətini davam etdirir və istifadəçilər üçün satış sonrası dəstək, proqram yeniləmələri və hüquqlar tam şəkildə qorunur. Bununla belə, OnePlus-ın gələcəkdə yeni cihazlar təqdim edib-etməyəcəyi barədə hələlik dəqiq məlumat yoxdur.
Daha əvvəl Android Authority yazmışdı ki, OnePlus-ın Hindistandakı bölməsi fəaliyyətin adi qaydada davam etdiyini açıqlayıb. OnePlus Hindistanın CEO-su Robin Liu isə X sosial şəbəkəsində paylaşım edərək, yayılan xəbərləri “təsdiqlənməmiş” və “yanlış” adlandırıb, şirkətin normal işlədiyini vurğulayıb.
Buna baxmayaraq, Android Headlines nəşri OnePlus-ın ana şirkəti olan Oppo-nun brendi bağlamağa hazırlaşdığına dair məlumat yayıb. Məqalə dərc olunduqdan sonra Android Headlines xəbərdarlıq əlavə edərək yazının hazırlanmasında süni intellektdən istifadə edildiyini, lakin araşdırma hissəsinin jurnalistlər tərəfindən aparıldığını qeyd edib. Hazırda OnePlus-ın tam bağlanması ilə bağlı rəsmi təsdiq yoxdur və məsələ açıq qalır.
Paylaş