Logo
    main-post-cover

    OnePlus-ın ilk qatlana bilən smartfonu OPPO-nun yeni qatlana bilən smartfonunun qlobal versiyası ola bilər

    Cihazlar+
    28.03.2023
    Emil
        Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən güman edilən adı OnePlus V Fold olan qatlana bilən smartfon hal hazırda bazarda olan yeni qatlana bilən smartfonlarla lazımi səviyyədə rəqabət apara biləcək. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə OnePlus şirkəti rəsmi şəkildə bildirmişdi ki, o öz ilk qatlana bilən smartfonunu bu ilin üçüncü rübündə təqdim edəcək. Digital Chat Station bildirib ki, qatlana bilən OnePlus V Fold smartfonu OPPO şirkətinin PHN110 model nömrəsinə sahib qatlana bilən smartfonunun qlobal versiyası olacaq.
        Güman edilir ki, OPPO-nun Çin bazarında satışa çıxardacağı OPPO Find N3 Fold adlı qatlana bilən smartfonu qlobal bazarda məhz OnePlus V Fold adı ilə satışa çıxacaq. Məlumata əsasən OnePlus V Fold smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib böyük ölçülü LTPO OLED ekran ilə təchiz olunacaq. Bundan əlavə olaraq smartfon olduqca nazik gövdəyə sahib olacaq. Gözləntilərə əsasən OnePlus-ın ilk qatlana bilən smartfonu Snapdragon 8 Gen 2 prosessoru və 65 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Paylaş
    Bənzər xəbərlər