Logo
    OnePlus Nord 4 və Nord CE 4 Lite smartfonları barəsində məlumatlar verilib

    OnePlus Nord 4 və Nord CE 4 Lite smartfonları barəsində məlumatlar verilib

    Cihazlar+
    30.04.2024
         OnePlus şirkəti hal-hazırda iki yeni orta büdcəli smartfonunun təqdimatına hazırlaşır. Təqdimata hazırlaşan smartfonlar OnePlus Nord seriyasına daxildirlər. Söhbət, OnePlus Nord 4 Nord CE 4 Lite modellərindən gedir. İndi isə insayderlər bu smartfonlar barəsində bəzi məlumatları təqdim ediblər. Məlumata əsasən OnePlus Nord 4 smartfonu bu ayın əvvəlində təqdim edilmiş OnePlus Nord CE 4-ün bir qədər təkmilləşdirilmiş versiyası olacaq.
         Belə ki, OnePlus Nord CE 4-ün Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışdığı halda OnePlus Nord 4 smartfonu Snapdragon 7+ Gen 3 prosessoru vasitəsilə çalışacaq. OnePlus Nord CE 4 Lite smartfonuna gəldikdə isə məlumata əsasən o, Snapdragon 6 Gen 1 prosessorunu əldə edəcək. Sözügedən smartfonlar barəsində digər bir məlumat hələ yoxdur. Onların yaxın zamanda təqdim olunacaqları gözlənilir.
     

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    OnePlus Nord 4 və Nord CE 4 Lite smartfonları barəsində məlumatlar verilib