OnePlus Nord CE 2 Lite 5G və OnePlus 10R smartfonları təqdim olunub - QİYMƏTİ

OnePlus Nord CE 2 Lite 5G və OnePlus 10R smartfonları təqdim olunub - QİYMƏTİ

Mobil Cihazlar
29.04.2022 PAYLAŞIM

    OnePlus şirkəti 2 yeni smartfon modelini təqdim edib. Söhbət, OnePlus Nord CE 2 Lite 5GOnePlus 10R modellərindən gedir. İlk öncə OnePlus Nord CE 2 Lite 5G modelindən başlayaq. Sözügedən smartfon bu ilin əvvəlində təqdim edilmiş OnePlus Nord CE 2-nin bir qədər təkmilləşdirilmiş versiyasıdır. Xarici görünüşcə bu smartfonlar demək olar eynidirlər. Sadəcə olaraq yeni smartfonun arxa panelində işıqlandırma sistemi bir qədər fərqli şəkildə yerləşdirilib. Smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2412x1080 piksel keyfiyyətli 6.59 düym IPS ekranla təchiz olunub. Ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşir. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.


    Bununla yanaşı OnePlus Nord CE 2 Lite 5G özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini və naqilli qulaqlıqlar üçün olan 3.5 mm-lik audiogirişi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə smatfon 6 nanometrlik 8 nüvəli Snapdragon 695 prosessoru, 6/8 GB RAM, 128 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 64 MP + 2 MP + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera (78 dərəcə bucaq əhatəsi) və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon OxygenOS 12.1 interfeysli Android 12 vasitəsilə çalışır. 6 GB RAM-a sahib versiya 260$-a, 8 GB RAM-a sahib versiya isə 285$-a satılır.

    OnePlus 10R smartfon modelinə gəldikdə isə bu, bir neçə müddət bundan öncə Çində təqdim edilmiş OnePlus Ace modelinin qlobal versiyasıdır. Sözügedən smartfon barəsində deyiləcək o qədər də çox söz yoxdur. Belə ki, hər iki smartfon demək olar ki, eynidir. Sadəcə olaraq OnePlus 10R modeli 2 versiyada satılacaq. Onlardan biri 80 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh, digəri isə 150 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Onu da qeyd etmək lazımdır ki, OnePlus Ace-dən fərqli olaraq OnePlus 10R-in 512 GB daxili yaddaşa sahib versiyası yoxdur. OnePlus 10R-in satışlarına 4 may tarixində start veriləcək. Onun satış qiymətləri isə aşağıdakı kimi olacaq:

- 8 GB RAM-a, 128 GB yaddaşa və 80 vatt gücündə sürətli şarj texnologiyasına sahib OnePlus 10R - 508$

- 12 GB RAM-a, 256 GB yaddaşa və 80 vatt gücündə sürətli şarj texnologiyasına sahib OnePlus 10R - 560$

- 12 GB RAM-a, 256 GB yaddaşa və 150 vatt gücündə sürətli şarj texnologiyasına sahib OnePlus 10R - 573$.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Nothing şirkətinin ilk smartfonu olacaq Nothing Phone (1) haqqında yeni məlumatl..

8 il bundan öncə ilk OnePlus One smartfonunda olduğu kimi OnePlus şirkətinin keçmiş həmtəsisçisi Car..


Samsung öz flaqman smartfonlarında Exynos prosessorlarının istifadəsindən imtina..

Samsung şirkəti Galaxy S22 smartfonlarında AMD RDNA 2 arxitekturası əsaslı qrafikaya sahib Exynos 22..


Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonları təqdim edilib - QİYMƏTİ

Redmi brendinin Redmi Note 11 smartfon seriyasına yeni modellər daxil olublar.


Motorola 200 MP-lik kameraya sahib yeni flaqman smartfon üzərində çalışdığını tə..

Motorola şirkəti özünün yeni flaqman smartfon modelinin ilk tizer fotosunu təqdim edib.


Yeni OnePlus Nord 2T smartfonu təqdim edilib - QİYMƏTİ

Sözügedən smartfon keçən ilki OnePlus Nord 2-nin bir qədər təkmilləşdirilmiş versiyasıdır...


Apple şirkətinin payız tədbiri: iPhone 14-ün mümkün təqdimat tarixi və digər məl..

iDropnews saytı öz mənbələrinə istinadən iPhone 14-ün təqdimatına dair yeni məlumatları təqdim edib...

×