
OnePlus Nord CE 3 Lite smartfonu yeni gövdə rəngində sərgilənib
OnePlus 4 aprel tarixində OnePlus Nord CE 3 Lite smartfonunu təqdim edəcək. Lakin şirkət alıcıların diqqətlərini artıq indidən sözügedən smartfona çəkməyə başlayıb. Şirkət tərəfindən təqdim edilmiş yeni rəsmi tizer fotolar OnePlus Nord CE 3 Lite smartfonunu digər gövdə rəngində sərgiləyir və smartfonun sahib olacağı texniki özəlliklərindən birini əks etdirirlər.
Beləliklə təqdim edilmiş tizer fotolardan birinə əsasən smartfon 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bundan əlavə olaraq yeni tizer fotolarda smartfon boz rəngdə əks olunub. Son məlumat sızıntılarına əsasən OnePlus Nord CE 3 Lite smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.72 düym IPS ekran, Snapdragon 695 prosessoru və əsas kamera obyektivi 64 MP-lik olacaq üçlü arxa kamera ilə təchiz olunacaq.
Paylaş
Bənzər xəbərlər