Logo
    main-post-cover

    OnePlus Nord CE 3 təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    06.07.2023
    Emil
        OnePlus şirkəti dünən təqdim edilmiş OnePlus Nord 3 smartfonunun bir qədər sadələşdirilmiş versiyası olan Nord CE 3-ü təqdim edib. OnePlus Nord CE 3 modeli yüksək təsvir yenilənməsinə sahib ekranı, subflaqman Snapdragon prosessorunu və sürətli şarj texnologiyasının dəstəyini əldə edib. Beləliklə OnePlus Nord CE 3 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1080x2400 piksel keyfiyyətli 6.7 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Ekran həmçinin Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub.
        Barmaq izi skanı texnologiyası isə yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 782G prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP + 8 MP + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 80 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OnePlus Nord CE 3 Android 13 vasitəsilə çalışır və 3 il ərzində əməliyyat sistemi yenilənməsini əldə edəcək. Smartfon gələn ay Hindistanda satışa çıxacaq. Onun qlobal bazarda satılıb-satılmayacağı isə bilinmir. OnePlus Nord CE 3-ün Hindistan bazarındakı satış qiymətləri aşağıdakı kimi olacaq.
    - 8 GB RAM + 128 GB yaddaş - 330$
    - 12 GB RAM + 256 GB yaddaş -  350$.
    Paylaş
    Bənzər xəbərlər