
OnePlus Nord CE4 Lite smartfonunun nə zaman təqdim olunacağı sızdırılıb
Cihazlar+
14.06.2024
Emil
Biraz əvvəl biz xəbər verdik ki, OnePlus-ın təqdimata hazırlaşan OnePlus Nord CE4 Lite smartfonunun real fotosu ortaya çıxıb. İndi isə Amazon sayəsində bu yeni smartfonun nə zaman təqdim olunacağı məlum olub. Amazon tərəfindən sızdırılmış posterə əsasən OnePlus Nord CE4 Lite smartfonu 18 iyun tarixində Hindistanda təqdim olunacaq. Böyük ehtimal ilə həmin tarixdə şirkət smartfonun ön sifarişlərinə start verəcək, smartfonun özü isə 24 iyun tarixində satışa çıxacaq. Son məlumat sızıntılarına əsasən OnePlus Nord CE4 Lite smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranı əldə edəcək və Snapdragon 6s Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfonun 50 MP + 2 MP ikili arxa kameraya və 80 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyaya sahib olacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
