
OnePlus Open 2 bazarda ən nazik gövdəli qatlana bilən smartfon olacaq
Cihazlar+
30.10.2024
Emil
Digital Chat Station ləqəbli məşhgur insayder təqdimata hazırlaşan qatlana bilən OnePlus Open 2 smartfonunun texniki imkanları barəsində yeni təfərrüatları bölüşüb. Beləliklə insayderin sözlərinə əsasən OnePlus Open 2 smartfonu bazardakı ən nazik qatlana bilən smartfon olacaq. Belə ki, onun gövdəsinin qalınlığı 9 mm təşkil edəcək.
Müqayisə üçün qeyd etmək lazımdır ki, hal-hazırda ən nazik qatlana bilən smartfon Honor Magic V3-dür. Onun qalınlığı 9.2 mm təşkil edir. İnsayder əlavə edib ki, OnePlus Open 2 smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq və özündə 50 MP + 50 MP + 50 MP üçlü arxa kameranı birləşdirəcək. Smartfonun nazik gövdəyə sahib olacağına baxmayaraq o, 5700 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Gözləntilərə əsasən OnePlus Open 2 ya bu ilin sonuna kimi ya da gələn ilin əvvəlində təqdim olunacaq.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Təqdimatdan 1 gün qabaq OnePlus 13-ün texniki imkanları ortaya çıxıb
OnePlus şirkəti artıq sabah OnePlus 13 flaqman smartfonunu təqdim edəcək. Təqdimatdan 1 gün qabaq Çinin TENAA sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında bu smartfonun texniki imkanları ortaya çıxıb.

Cihazlar+
Təqdim olunacaq qatlana bilən OnePlus Open 2-nin batareya həcmi açıqlanıb
OnePlus keçən il qatlana bilən OnePlus Open smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun davamçısı olacaq OnePlus Open 2-nin təqdimatına hazırlaşır.

Cihazlar+
OnePlus 13-ün bəzi texniki göstəriciləri rəsmi şəkildə təsdiqlənib
OnePlus şirkəti artıq OnePlus 13-ün təqdimat tarixini elan edib. Sözügedən yeni flaqman smartfon 31 dekabr tarixində təqdim ediləcək.

Cihazlar+
OnePlus 13-ün təqdimatı rəsmi şəkildə anons edilib
OnePlus şirkəti uzun müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra OnePlus 13-ün təqdimatını rəsmi şəkildə anons edib. Anonsla yanaşı şirkət OnePlus 13-ün 3 gövdə rəngində əks olunmuş fotosunu da bölüşüb.

Cihazlar+
OnePlus 13-ün ilk press fotoları ortaya çıxıb
OnePlus şirkəti OnePlus 13 flaqman smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə Çinin sosial şəbəkələrində bu yeni smartfonun ilk press fotoları ortaya çıxıb.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
