main-post-cover

    OnePlus və OPPO birgə orta büdcəli smartfonlar üçün 7000 mAh-lıq batareya üzərində çalışırlar

    Cihazlar+
    09.07.2024
    Emil Nəcəfov
         Bir neçə müddət bundan öncə OnePlus şirkəti OnePlus Ace 3 Pro smartfonunu təqdim etmişdi. Bu smartfonun əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, o, 6100 mAh enerji tutumlu batareyaya sahibdir. Lakin görünür, şirkət bununla yetinmək niyyətində deyil. Belə ki, Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən OnePlus şirkəti OPPO ilə birgə 7000 mAh enerji tutumlu batareya üzərində çalışır.
         İnsayderin sözlərinə əsasən hazırlanan bu batareyanın orta büdcəli smartfonlara quraşdırılması planlaşdırılır. OnePlus halında bu, çox güman ki, OnePlus Nord smartfon seriyası, OPPO halında isə çox güman ki, OPPO A smartfon seriyası olacaq. Qeyd etmək lazımdır ki, OnePlus ilə OPPO 7000 mAh enerji tutumlu batareyaya sahib smartfonları təqdim edəcək il şirkətlər olmayacaqlar. Belə ki, zamanında Samsung 7000 mAh-lıq batareyaya sahib Galaxy F62 Galaxy M61 smartfonlarını təqdim etmişdi. OnePlus ilə OPPO tərəfindən hazırlanan 7000 mAh-lıq batareyanın isə smartfonlara nə zaman inteqrasiya ediləcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimata hazırlaşan OnePlus Pad 2 planşetinin texniki imkanları açıqlanıb
    teqdimata-hazirlasan-oneplus-pad-2-plansetinin-texniki-imkanlari-aciqlanib
    OnePlus Nord 4-ün detallı texniki özəllikləri təqdim edilib
    oneplus-nord-4-un-detalli-texniki-oze
    OnePlus və OPPO 6000 mAh-dan daha böyük həcmli batareyalara sahib smartfonlar üzərində çalışırlar
    oneplus-ve-oppo-6000-mah-dan-daha-boyuk-hecmli-batareyalara-sahib-smartfonlar-uzerinde-calisirlar
    Təqdimata hazırlaşan OnePlus Nord 4-ün ilk rəsmi fotosu təqdim edilib
    teqdimata-hazirlasan-oneplus-nord-4-un-ilk-resmi-fotosu-teqdim-edilib
    OnePlus öz yeni cihazlarının təqdimat tədbirini anons edib
    oneplus-oz-yeni-cihazlarinin-teqdimat-tedbirini-anons-edib