main-post-cover

    OnePlus Watch 2 smart saatı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    27.06.2024
    Emil Nəcəfov
         Yeni smartfon və planşetdən əlavə olaraq OnePlus şirkəti üstəlik yeni smart saatını da təqdim edib. Söhbət, OnePlus Watch 2-dən gedir. OnePlus-ın bu yeni smart saatı Qualcomm-un performanslı prosessorunu, mobil şəbəkə dəstəyini və bir sıra yeni funksiyaları əldə edib. Beləliklə OnePlus Watch 2 smart saatı 466x466 piksel keyfiyyətli 1.43 düym ölçülü OLED ekranla təchiz olunub və ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir. Smart saat Qualcomm-un Snapdragon W5 Gen 1 prosessoru vasitəsilə çalışır və özündə 2 GB RAM ilə 32 GB-lıq daxili yaddaş həcmini birləşdirir.
         OnePlus Watch 2-nin gövdəsi alüminium ərintisindən hazırlanıb və o, IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Smart saat özündə eSIM, NFC GPS dəstəyini birləşdirir. Sözügedən smart saat eSIM dəstəyi sayəsində bildirişləri və telefon zənglərini qəbul edə bilir. Bununla belə bunları reallaşdırmaq üçün onun smartfona qoşulu olmasına ehtiyac yoxdur. Smart saat ürək döyüntüsü tezliklərini və qandakı oksigen miqdarını ölçə və istifadəçinin yuxu keyfiyyətini monitorinq edə bilir. Cihaz üstəlik 100-dən çox idman rejimini dəstəkləyir. Şirkət bildirib ki, OnePlus Watch 2 adi rejimdə 4 gün, enerjiyə qənaət rejimində isə 12 gün ərzində çalışa bilir. Smart saatın qiyməti 250$ təşkil edir.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus Pad Pro planşeti təqdim edilib - QİYMƏTİ
    oneplus-pad-pro-planseti-teqdim-edilib-qiymeti
    OnePlus Ace 3 Pro flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
    oneplus-ace-3-pro-flaqman-smartfonu-teqdim-edilib-qiymeti
    OnePlus Nord CE4 Lite təqdim edilib - QİYMƏTİ
    oneplus-nord-ce4-lite-teqdim-edilib-qiymeti
    Təqdimata hazırlaşan OnePlus Pad Pro planşetinin xarici görünüşü sərgilənib
    teqdimata-hazirlasan-oneplus-pad-pro-plansetinin-xarici-gorunusu-sergilenib
    OnePlus Ace 3 Pro-nun təqdimatı anons edilib
    oneplus-ace-3-pro-nun-teqdimati-anons-edilib