OpenAI süni zəka əsaslı cihaz hazırlamağa hədəflənib
Cihazlar+
04.02.2025
Emil
OpenAI şirkətinin CEO-su Sam Altman və Apple şirkətinin keçmiş əfsanəvi dizayneri Jony Ive, istifadəçilərin texnologiya ilə qarşılıqlı əlaqəsini tamamilə dəyişə biləcək bir süni zəka cihazının hazırlanmasına başlayıblar. Ənənəvi smartfonlardan fərqli olaraq, bu yeni cihaz minimum mətn daxil etməyi tələb edəcək və əsasən səsli idarəetməyə istiqamətlənəcək. Məlumata görə, insanlarla kompüterlərin ünsiyyətini köklü şəkildə dəyişdirməyi hədəfləyən bu layihə bir neçə şirkətlə birgə həyata keçiriləcək, lakin hələlik onların adları açıqlanmayıb. Sam Altman bildirib ki, süni zəka kompüterlərlə qarşılıqlı əlaqə üsullarında fundamental dəyişiklik tələb edəcək və gələcəkdə səs, istifadəçi interfeysinin əsas elementi olacaq.
Yeni cihazın səsli əmrlərə yönəldiləcəyi və gündəlik istifadə üçün daha intuitiv və rahat bir alət olacağı vəd edilir. Qeyd etmək lazımdır ki, bu cür ideyalar daha əvvəl də digər layihələr çərçivəsində reallaşdırılıb. Məsələn, Humane AI Pin və Rabbit R1 cihazlar səsli idarəetməni, əlavə olaraq proyektor və ya kompakt ekran kimi funksiyalar da təqdim edirdilər. Lakin bu cihazlar geniş şəkildə yayılmadı. Süni zəka texnologiyasına əsaslanan müxtəlif cihazlar artıq mövcuddur – naqilsiz qulaqlıqlardan tutmuş, boyunbağı və kulon kimi geyilə bilən aksesuarlara qədər. Buna baxmayaraq, OpenAI şirkətinin yeni cihazı tamamilə unikal bir konfiqurasiyaya sahib ola bilər.
Mütəxəssislərin fikrincə, bu xüsusiyyət onu hazırda bazarda mövcud olan bütün cihazlardan fərqləndirəcək. Bundan əlavə, Sam Altman bildirib ki, şirkət bu cihazın məhsuldarlığını və enerji müstəqilliyini optimallaşdırmaq üçün öz çiplərini hazırlayır. İstehsal müddətinə gəldikdə, hətta prototipin hazırlanmasının bir neçə il çəkəcəyi vurğulanır, buna görə də cihazın kommersiya buraxılışı barədə danışmaq hələ tezdir. Maraqlıdır ki, Sam Altman və Jony Ive arasındakı əməkdaşlıq daha əvvəl başlamışdı. Keçən il The New York Times-a vermiş olduğu müsahibəsində Jony Ive şəxsən bu yeni süni zəka cihazının hazırlanmasında iştirak etdiyini təsdiqləmiş və qeyd etmişdi ki, bu cihaz smartfona bənzəməyəcək. Baxmayaraq ki, dizayn və funksiyalar barədə konkret məlumatlar hələ açıqlanmır, bu detallar layihəyə olan marağı daha da artırır.
Mənbə: Androidauthority
Paylaş
Bənzər xəbərlər
Proqram Təminatı
ChatGPT-yə dərin araşdırma funksiyası əlavə edilib
OpenAI şirkəti, süni zəka əsaslı ChatGPT əsaslı çat-botu üçün yeni funksiyanı elan edib. Yeni funksiya alqoritmə istifadəçi sorğusu əsasında "dərin araşdırmalar" aparmağa imkan verəcək. Söhbət, OpenAI şirkətinin hələ kütləyə təqdim olunmamış o3 böyük dil modeli əsasında yaradılmış Deep research adlı funksiyadan gedir.
Süni İntellekt
OpenAI açıq mənbəli koda sahib layihələrə geri dönə bilər
Bir neçə yeni məhsulu təqdim etdikdən sonra OpenAI şirkətinin mühəndisləri və rəhbərliyi, o cümlədən CEO-su Sam Altman, Reddit platformasında bir neçə sualı cavablandırıblar. Şirkət rəhbəri OpenAI şirkətinin açıq mənbəli koda sahib layihələrə yanaşmasını yenidən nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Proqram Təminatı
O3-mini süni zəka modeli ChatGPT-nin bütün istifadəçiləri üçün istifadəyə verilib
OpenAI şirkətinin CEO-su Sam Altman 2 həftə bundan öncə yeni nəsil böyük dil modeli o3 mini-nin məntiq yürütmə qabiliyyətinə malik olacağını və bir neçə həftə ərzində istifadəyə veriləcəyini vəd etmişdi. Və sözünə əməl etdi – OpenAI o3-mini-ni həm ChatGPT-də, həm də API xidmətlərində istifadəyə buraxdı.
Proqram Təminatı
Pentaqon, DeepSeek-i bloklamağa çalışır
Pentaqon Çin süni zəka çat-botu DeepSeek-in istifadəsini təcili dayandırmaq üçün addımlar atır. Buna səbəb ABŞ Müdafiə Nazirliyinin bəzi əməkdaşlarının öz iş kompüterlərini DeepSeek-in Çin serverlərinə qoşması və bunun milli təhlükəsizlik riski yaratmasıdır.
Proqram Təminatı
GPT-4o-nun həm ödənişli həm də pulsuz versiyası daha ağıllı olub
Technote.az OpenAI saytına istinadən xəbər verir ki, OpenAI, süni zəka modeli olan GPT-4o-nu yeniləyib. Yenilənmiş model, ChatGPT-nin həm ödənişli, həm də pulsuz versiyasını əhatə edir.
Ən çox oxunanlar