Logo
    main-post-cover

    OPPO 7000 mAh həcmli batareyaya sahib yeni smartfon üzərində çalışır

    Cihazlar+
    02.12.2024
    Emil
         Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu yeni məlumata əsasən OPPO şirkəti 7000 mAh-a kimi batareya həcminə sahib smartfonlar üzərində çalışır. Qeyd etmək lazımdır ki, şirkətin oktyabr ayında təqdim etmiş olduğu OPPO Find X8Find X8 Pro smartfonları 5000 mAh-dan daha böyük həcmli batareyalara sahibdirlər. Adları sadalanmış bu smartfonlardakı batareyalar silisium-karbon əsaslıdırlar. Nəticədə onlar öz kompakt ölçülərini qoruyub saxlamaqla böyük həcmi təmin edirlər.
         İnsayderin sözlərinə əsasən OPPO bu batareya texnologiyasını inkişaf etdirməyə davam edir və nəticədə 6000 mAh-dan daha böyük həcmli batareyaları təklif etməyə hədəflənib. Məlumatda qeyd edilib ki, şirkətin gələcək smartfonlarından biri 6285 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Lakin marketinq məqsədləri üçün bu batareya 6410 mAh kimi qələmə veriləcək. Digər bir smartfon isə 6850 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır və bu batareya 7000 mAh kimi qələmə veriləcək. Gözləntilərə əsasən bu smartfonlarda sürətli şarj texnologiyasının gücü 80 vatt təşkil edəcək.
    Paylaş
    Bənzər xəbərlər