
OPPO A3 Pro 5G smartfonunun render fotoları təqdim edilib
Cihazlar+
03.04.2024
Emil
OnLeaks ləqəbli məşhur insayder Giznext saytı ilə birgə OPPO A3 Pro 5G smartfonunun render fotolarını təqdim edib. Təqdim edilmiş fotolardan da görmək olar ki, sözügedən yeni smartfon kənarları bir qədər əyilmiş dizaynda hazırlanmış ekranı və arxa paneldə dairəvi kamera sahəsini əldə edəcək. Məlumatda qeyd edilib ki, smartfon 6.7 düym ekran ilə təchiz olunacaq. Arxa kamera sahəsi daxilində 3 ədəd kamera və LED işıqlandırma yerləşəcək. OPPO A3 Pro 5G-nin nə zaman təqdim olunacağı bilinmir.


Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
