Logo
    main-post-cover

    OPPO F25 Pro 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    29.02.2024
    Emil
         OPPO şirkəti OPPO F25 Pro 5G adlı yeni smartfonunu təqdim edib. Sözügedən smartfon yüksək təsvir yenilənməsinə sahib ekranı, MediaTek prosessoru və böyük həcmli batareyası ilə seçilir. Beləliklə OPPO F25 Pro 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym AMOLED ekranla təchiz olunub. Ekran üstəlik Panda Glass adlı qoruyucu şüşə ilə əhatə olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi isə 1100 nit təşkil edir. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Smartfonun gövdəsi IP65 standartı üzrə sudan qorunur.
         OPPO F25 Pro 5G Dimensity 7050 prosessoru vasitəsilə çalışır və özündə 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda smartfon 64 MP + 8 MP + 2 MP üçlü arxa kameranı və 32 MP-lik ön kameranı əldə edib. Batareya həcminə gəldikdə isə smartfon 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahibdir. OPPO F25 Pro 5G qutudan Android 14 vasitəsilə çalışır. OPPO-nun bu yeni smartfonu mart ayının əvvəlində satışa çıxacaq. 128 GB yaddaşa sahib versiya 290$-a, 256 GB yaddaşa sahib versiya isə 315$-a satılacaq.
    Paylaş