Logo
    main-post-cover

    OPPO Find N3 Flip Geekbench testlərindən keçib

    Cihazlar+
    17.08.2023
    Emil
        OPPO şirkəti qatlana bilən qapaqlı Find N3 Flip-in təqdimatına hazırlaşdığı bir vaxtda bu smartfon barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər. Məlum olub ki, OPPO Find N3 Flip Geekbench testlərindən keçib. Geekbench testləri nəticəsində məlum olub ki, bu yeni qatlana bilən qapaqlı smartfon MediaTek Dimensity 9200 prosessoru vasitəsilə çalışır.
        Müqayisə üçün qeyd etmək lazımdır ki, OPPO Find N2 Flip modeli MediaTek Dimensity 9000 prosessoru ilə təchiz olunur. Geekbench testlərindən smartfonun 12 GB RAM-a sahib versiyası keçib və o, Android 13 əməliyyat sisteminə sahibdir. OPPO Find N3 Flip Geekbench-in bir nüvəli testi çərçivəsində 1367 xal, çox nüvəli testi çərçivəsində isə 4168 xal toplayıb. Son məlumat sızıntılarına əsasən OPPO Find N3 Flip 29 avqust tarixində təqdim ediləcək.
    Paylaş
    Bənzər xəbərlər