OPPO Find N3 yüksək səviyyədə təhlükəsizliyə shaib olacaq (VİDEO)
Cihazlar+
17.10.2023
Emil Nəcəfov
OPPO şirkəti artıq 19 oktyabr tarixində öz yeni qatlana bilən smartfonunu təqdim edəcək. Söhbət, OPPO Find N3-dən gedir. Təqdimata az müddət qalmış şirkət sözügedən smartfon barəsində maraqlı bir məlumatı təqdim edib. Şirkət bildirib ki, OPPO Find N3 smartfonu yüksək səviyyədə təhlükəsizliyi ilə seçiləcək. Şirkətin top menecerinin sözlərinə əsasən smartfon özündə təhlükəsizlik çipini birləşdirəcək.
Həmin çip öz növbəsində hardware səviyyəsində özəl və iş məlumatlarının yüksək səviyyədə konfidensiallıqlarını təmin edəcək. Bunun üçün təhlükəsizlik çipi konfidensial məlumatları bir növ "Isolated Island" adlı kənar qrupa ayıracaq. Şirkət hətta bu mövzunu əhatə edən videonu da təqdim edib. Son məlumatlara əsasən OPPO Find N3 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib iki ədəd AMOLED ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!