Logo
    main-post-cover

    OPPO Find X7 Pro-nun ekran özəllikləri açıqlanıb

    Cihazlar+
    07.12.2023
    Emil
         Digital Chat Station ləqəbli məşhur insayder OPPO Find X7 smartfon seriyası barəsində məlumatlar təqdim etməyə davam edir. Bu dəfə insayder bu seriyaya daxil olacaq OPPO Find X7 Pro modelinin ekran göstəriciləri barəsində məlumatlar verib. Beləliklə insayderin sözlərinə əsasən OPPO Find X7 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 6.82 düym LTPO AMOLED ekranla təchiz olunacaq. Bununla belə ekranın kənar hissələri əyilmiş dizaynda reallaşdırılacaq və əyilmə bucağı OPPO Find X6 Pro-dakı kimi olacaq. İnsayder əlavə edib ki, OPPO Find X7 Pro-da barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya ediləcək. OPPO Find X7 smartfon seriyasının yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Paylaş