
OPPO Find X7 Pro+ smartfonunun kameralarından biri unikal olacaq
Cihazlar+
14.11.2023
Emil
OPPO şirkəti hal hazırda aktiv şəkildə OPPO Find X7 flaqman smartfon seriyasının təqdimatına hazırlaşır. Sözügedən seriyaya OPPO Find X7, X7 Pro və X7 Pro+ modelləri daxil olacaqlar. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder OPPO Find X7 Pro+ modelinin kameraları barəsində bəzi məlumatları təqdim edib. İnsayder bildirib ki, OPPO Find X7 Pro+ mobil bazarda 6 qat optik zoom özəllikli periskop teleobyektivini əldə edəcək ilk smartfon olacaq. Bununla belə 6 qat optik zoom çəkilişi zamanı fotonun keyfiyyəti aşağı düşməyəcək. Smartfon periskop optikalı iki ədəd teleobyektivi əldə edəcək. Onlardan birində zoom göstəricisi 2.7 qat təşkil edəcək. Artıq rəsmi şəkildə məlumdur ki, OPPO Find X7 smartfonları arasında MediaTek Dimensity 9300 prosessoru vasitəsilə çalışacaq modellər olacaq və bu smartfonlar peyk rabitəsi dəstəyinə sahib olacaqlar.
Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
