
OPPO Find X7 smartfon seriyasının təqdimatı rəsmi şəkildə anons edilib
Cihazlar+
28.12.2023
Emil
Uzun müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra OPPO şirkəti sonunda OPPO Find X7 smartfon seriyasının təqdimatını anons edib. Beləliklə şirkət tərəfindən təqdim edilmiş posterə əsasən sözügedən smartfon seriyası 8 yanvar tarixində təqdim ediləcək. Smartfonlar ilk növbədə Çində təqdim olunacaqlar. Müəyyən müddətdən sonra isə onların qlobal versiyaları təqdim olunacaq. Məlumata əsasən OPPO Find X7 smartfon seriyasına iki model daxil olacaq. OPPO Find X7 və OPPO Find X7 Ultra. Sözügedən smartfonların 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekran, Snapdragon 8 Gen 3 prosessoru və 5000 mAh-a qədər enerji tutumlu batareya ilə təchiz olunacaqları gözlənilir.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
