
OPPO Find X7 smartfonları peyk rabitəsi dəstəyini əldə edəcəklər
Cihazlar+
14.11.2023
Emil
Hal hazırda peyk rabitəsi funksiyasını az sayda smartfon dəstəkləyir. Lakin yaxın zamanda həmin smartfonların siyahısına yeniləri daxil olacaqlar. OPPO şirkətinin təqdim etmiş olduğu reklam posterinə əsasən yaxın aylar ərzində təqdimatı gözlənilən OPPO Find X7 smartfon seriyası peyk rabitəsi dəstəyinə sahib olacaq. OPPO Find X7 smartfonlarında reallaşdırılacaq peyk rabitəsi dəstəyi ilə bağlı təfərrüatlar hələ yoxdur. Lakin çox güman ki, OPPO-nun bu smartfonlarında sözügedən funksiya digər smartfonlardakı kimi çalışacaq. Yəni istifadəçilər hətta mobil rabitənin olmadığı ərazilərdə belə OPPO Find X7 smartfonları vasitəsilə əlaqə yarada biləcəklər.

Paylaş
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
