Logo
    main-post-cover

    OPPO Find X7 və Find X7 Ultra smartfonlarının render fotoları ortaya çıxıb

    Cihazlar+
    29.12.2023
    Emil
         Dünən OPPO şirkəti OPPO Find X7 flaqman smartfon seriyasının təqdimatını anons etdi. Sözügedən smartfon seriyası 8 yanvar tarixində Çində təqdim olunacaq. Seriyaya iki model daxil olacaq. OPPO Find X7 OPPO Find X7 Ultra. İndi isə internetdə bu smartfonlarının render fotoları və sahib olacaqları RAM və daxili yaddaş həcmləri ilə bağlı məlumatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən adi OPPO Find X7 modeli 12/16 GB RAM-a və 256/512 GB/1 TB daxili yaddaş həcminə sahib olacaq. OPPO Find X7 Ultra modeli də eyni RAM və daxili yaddaş həcmlərini əldə edəcək.
    Paylaş