main-post-cover

    OPPO Find X7 və Find X7 Ultra təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    08.01.2024
    Emil Nəcəfov
         OPPO şirkəti daha öncə söz verdiyi kimi OPPO Find X7 smartfon seriyasını təqdim edib. Yeni seriyaya adi OPPO Find X7 ilə yanaşı həmçinin OPPO Find X7 Ultra da daxil olub. Sözügedən smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəsələr də texniki göstəricilər baxımından onlar fərqlənirlər. İlk öncə OPPO Find X7-dən başlayaq. Beləliklə OPPO Find X7 smartfonu 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2780х1264 piksel keyfiyyətli 6.78 düym OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 4500 nit təşkil edir və o, Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfonun gövdəsi IP65 standartı üzrə sudan qorunur və özündə stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.
         Əsas texniki göstəricilər baxımından OPPO Find X7 smartfonu MediaTek Dimensity 9300 prosessoru, 12/16 GB RAM, 256/512 GB/1 TB daxili yaddaş həcmi, 50 MP (f/1.6 diafraqma, optik stabilizasiya) + 50 MP (f/2.0 diafraqma, 119 dərəcə bucaq əhatəsi) + 64 MP (f/2.6 diafraqma, 3 qat optik zoom, 6 qat hibrid zoom, 120 qat rəqəmsal zoom, optik stabilizasiya) üçlü arxa kamera, 32 MP-lik (f/2.4 diafraqma, 90 dərəcə bucaq əhatəsi) ön kamera və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. İndi isə keçək OPPO Find X7 Ultra-ya.
         OPPO Find X7 Ultra 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 3168х1440 piksel keyfiyyətli 6.82 düym OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 4500 nit təşkil edir və o, Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. OPPO Find X7-dən fərqli olaraq OPPO Find X7 Ultra-nın gövdəsi IP68 standartı üzrə sudan qorunur. Bununla yanaşı smartfon özündə stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.
         Əsas texniki göstəricilər baxımından OPPO Find X7 Ultra smartfonu Snapdragon 8 Gen 3 prosessoru, 12/16 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 50 MP (f/1.8 diafraqma, optik stabilizasiya) + 50 MP (f/2.0 diafraqma, 123 dərəcə bucaq əhatəsi) + 50 MP (f/2.6 diafraqma, 3 qat optik zoom, optik stabilizasiya, avtofokus) + 50 MP (f/4.3 diafraqma, 6 qat optik zoom, 120 qat rəqəmsal zoom, optik stabilizasiya, avtofokus) dördlü arxa kamera, 32 MP-lik (f/2.4 diafraqma, 90 dərəcə bucaq əhatəsi) ön kamera və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon üstəlik 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Hər iki smartfon qutudan Android 14 vasitəsilə çalışır. OPPO Find X7 ilə Find X7 Ultra 12 yanvar tarixində Çində satışa çıxacaqlar. Onların qlobal bazarda satılıb-satılmayacaqları bilinmir. Smartfonların Çin bazarındakı qiymətləri isə aşağıdakı kimi olacaq.
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib OPPO Find X7 - 560$
    - 16 GB RAM-a və 256 GB yaddaşa sahib OPPO Find X7 - 622$
    - 16 GB RAM-a və 512 GB yaddaşa sahib OPPO Find X7 - 644$
    - 16 GB RAM-a və 1 TB yaddaşa sahib OPPO Find X7 - 700$
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib OPPO Find X7 Ultra - 840$
    - 16 GB RAM-a və 256 GB yaddaşa sahib OPPO Find X7 Ultra - 910$
    - 16 GB RAM-a və 512 GB yaddaşa sahib OPPO Find X7 Ultra - 980$.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone-lar premium Android smartfonlardan 2 dəfə daha yaxşı satılır
    iphone-lar-premium-android-smartfonlardan-2-defe-daha-yaxsi-satilir
    OPPO Reno 11 smartfon seriyasının qlobal versiyası nə zaman təqdim olunacaq?
    oppo-reno-11-smartfon-seriyasinin-qlobal-versiyasi-ne-zaman-teqdim-olunacaq
    OPPO Find X7 və Find X7 Ultra smartfonlarının render fotoları ortaya çıxıb
    oppo-find-x7-ve-find-x7-ultra-smartfonlarinin-render-fotolari-ortaya-cixib
    OPPO Find X7 smartfon seriyasının təqdimatı rəsmi şəkildə anons edilib
    oppo-find-x7-smartfon-seriyasinin-teqdimati-resmi-sekilde-anons-edilib
    OPPO şirkəti AndesGPT adlı süni zəka sistemini təqdim edib
    oppo-sirketi-andesgpt-adli-suni-zeka-sistemini-teqdim-edib