
OPPO Find X8-in ilk real fotosu təqdim edilib
Cihazlar+
22.08.2024
Emil
İnsayderlər OPPO şirkətinin gələn ilin əvvəlində təqdim edəcəyi gözlənilən OPPO Find X8 smartfonunun real fotosunu təqdim ediblər. Təqdim edilmiş fotodan belə qənaətə gəlmək olar ki, OPPO Find X8 smartfonu hal-hazırda aktual olan OPPO Find X7-dən xarici görünüşcə fərqlənəcək. Belə ki, OPPO Find X7 dairəvi formada kənarlara sahib gövdə dizaynında olduğu halda OPPO Find X8 smartfonu iPhone 15 və Google Pixel 9 kimi yastı gövdə dizaynını əldə edəcək. Bununla yanaşı smartfonun arxa panelində böyük ölçülü kamera sahəsi yerləşəcək və onun daxilində 3 ədəd kamera mövcud olacaq. LED işıqlandırma isə kamera sahəsinin xaricində yerləşəcək. Gözləntilərə əsasən OPPO Find X8 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.4 düym ölçülü ekranla təchiz olunacaq və hələ təqdim olunmamış MediaTek Dimensity 9400 prosessoru vasitəsilə çalışacaq.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
