Logo
    main-post-cover

    OPPO Find X8 Mini smartfonunun bəzi əsas texniki imkanları təqdim edilib

    Cihazlar+
    17.01.2025
    Emil
         Digital Chat Station ləqəbli məşhur insayder təqdimata hazırlaşan kompakt ölçülü OPPO Find X8 Mini smartfonu barəsində yeni təfərrüatları bölüşüb. Beləliklə insayderin sözlərinə əsasən OPPO Find X8 Mini smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.3 düym ölçülü ekranla təchiz olunacaq və barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya ediləcək.
         Smartfon MediaTek Dimensity 9400 prosessoru vasitəsilə çalışacaq və özündə 50 MP + 50 MP ikili arxa kameranı birləşdirəcək. Bununla yanaşı məlumatda qeyd edilib ki, smartfonun gövdə ətrafı çərçivəsi metal materialdan hazırlanacaq və smartfonun özü sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə sahib olacaq. OPPO Find X8 Mini smartfonunun nə zaman təqdim olunacağı bilinmir.
    Paylaş