Logo
    main-post-cover

    OPPO Find X9 Ultra barəsində ilk məlumat verilib

    Cihazlar+
    10.02.2025
    Emil
         OPPO şirkəti bu il ərzində OPPO Find X9 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellərdən biri də OPPO Find X9 Ultra olmalıdır. OPPO Find X8 Ultra-nın hələ təqdim olunmamasına baxmayaraq artıq indidən OPPO Find X9 Ultra barəsində məlumatlar ortaya çıxır. Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən OPPO Find X9 Ultra smartfonu, Xiaomi Vivo cihazlarında artıq istifadə olunan 200 MP-lik periskopik kamera ilə təchiz oluna bilər.
         Bu kamera hazırda Find X7 Ultra modelində istifadə edilir və gözləntilərə əsasən o həmçinin təqdimata hazırlaşan Find X8 Ultra-da 50 MP-lik ikiqat periskopik kameranı əvəz edəcək. Find X7 Ultra dünyada ilk ikiqat periskopik kameraya sahib smartfon olsa da, OPPO bu mövzuda çinli rəqiblərini geri qalmamağa çalışır. Lakin Find X9 Ultra-nın çıxışı üçün hələ 1 il gözləmək lazım gələcək.
         Sızdırılan məlumatlara görə, qarşıdan gələn Find X8 Ultra isə artıq 2025-ci ilin mart ayında təqdim oluna bilər. Cihaz 6.82 düym ölçülü ekran, Snapdragon 8 Elite prosessoru, 80 və ya 90 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya təchiz olunmalıdır. Bununla yanaşı OPPO Find X8 Ultra-nın gövdəsi IP68/69 standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahib olacaq.
    Paylaş