
OPPO Finx X7 seriyasına neçə smartfonun daxil olacağı açıqlanıb
Cihazlar+
19.12.2023
Emil
Biz artıq dəfələrlə məlumat vermişik ki, OPPO şirkəti OPPO Find X7 flaqman smartfon seriyasının təqdimatına hazırlaşır. İndi isə internetdə sözügedən smartfon seriyasına neçə ədəd modelin daxil olacağı barəsində məlumat ortaya çıxıb. Beləliklə insayderlərin sözlərinə əsasən OPPO Find X7 seriyasına iki ədəd smartfon daxil olacaq. OPPO Find X7 və OPPO Find X7 Ultra. Yəni OPPO Find X7 Pro modelini gözləmək lazım deyil. Qeyd etmək lazımdır ki, OPPO Find X6 seriyasına Pro model daxil olmuşdu. Məlumata əsasən OPPO Find X7 smartfonları Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaqlar və 5000 mAh-a kimi enerji tutumlu batareyaya sahib olacaqlar. OPPO Find X7 smartfon seriyasının gələn ilin əvvəlində təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
