Logo
    main-post-cover

    OPPO K12 Plus smartfonunun bəzi texniki imkanları rəsmi şəkildə açıqlanıb

    Cihazlar+
    10.10.2024
    Emil
         OPPO şirkəti 12 oktyabr tarixində OPPO K12 Plus adlı yeni smartfonunu təqdim edəcək. Təqdimata sayılı günlər qalmış şirkət sözügedən yeni smartfonun bəzi texniki özəlliklərini açıqlayıb. Beləliklə verilmiş məlumata əsasən OPPO K12 Plus smartfonu Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 12 GB RAM ilə 512 GB daxili yaddaş həcmini birləşdirəcək. Üstəlik smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 6400 mAh enerji tutumlu batareyanı əldə edəcək. Məlumatda qeyd edilib ki, OPPO K12 Plus kiberidman səviyyəsində yastı ekrana sahib olacaq. Gözləntilərə əsasən söhbət, 120 Hz-lik təsvir yenilənməsinə sahib 2412x1080 piksel keyfiyyətli 6.7 düym ölçülü AMOLED ekrandan gedir.
    Paylaş