Logo
    main-post-cover

    OPPO K13 Turbo 5G və K13 Turbo Pro 5G smartfonları təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    22.07.2025
    Emil
         OPPO şirkəti OPPO K13 Turbo 5GK13 Turbo Pro 5G smartfonlarını təqdim edib. Bu smartfonlar həm xarici görünüşcə həm də bəzi texniki imkanlar baxımından oxşardırlar. Beləliklə hər iki smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2800x1200 piksel keyfiyyətli 6.8 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit təşkil edir. Üstəlik ekran OPPO Crystal Shield qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.
         Bu smartfonlarda gövdə IPX6/X8/X9 standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. OPPO K13 Turbo 5G modeli MediaTek Dimensity 8450 prosessoru vasitəsilə, K13 Turbo Pro 5G modeli isə Snapdragon 8s Gen 4 prosessoru vasitəsilə çalışır. Hər iki smartfon 12/16 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfonlar 50 MP + 2 MP ikili arxa kameranı və 16 MP-lik ön kameranı əldə ediblər. Batareyaya gəldikdə isə hər iki smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bu yeni smartfonlar artıq Çində satışa çıxıb. OPPO K13 Turbo 5G modelinin qiyməti 250$-dan, K13 Turbo Pro 5G modelinin qiyməti isə 278$-dan start götürür.
    Paylaş