Logo
    main-post-cover

    OPPO Pad 3 planşeti flaqman texniki imkanlara sahib olacaq

    Cihazlar+
    22.04.2024
    Farid
         OPPO şirkəti növbəti flaqman planşeti üzərində çalışır. Söhbət, OPPO Pad 3-dən gedir. İndi isə insayderlər bu planşetin texniki imkanları barəsində məlumatlar veriblər. Beləliklə insayderlərin sözlərinə əsasən OPPO Pad 3 planşeti 3K keyfiyyətli ekranı əldə edəcək və özündə 16 GB RAM-ı birləşdirəcək. Bununla yanaşı məlumatlarda qeyd edilib ki, planşet Qualcomm-un hal-hazırda aktual olan Snapdragon 8 Gen 3 flaqman prosessoru vasitəsilə çalışacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki OPPO Pad 2 planşeti MediaTek Dimensity 9000 prosessoru vasitəsilə çalışır. Planşetin yaxın aylar ərzində təqdim olunacağı gözlənilir. Qlobal bazarda isə OPPO Pad 3 çox güman ki, OnePlus Pad 2 adı altında satışa çıxacaq.
    Paylaş