Logo
    main-post-cover

    OPPO Pad 3 Pro planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    25.10.2024
    Emil
         OPPO şirkəti OPPO Find X8 smartfonları ilə yanaşı OPPO Pad 3 Pro planşetini də təqdim edib. Nazik gövdəyə sahib bu yeni planşet xarici görünüşcə OnePlus Pad Pro-ya bənzəyir. Lakin OnePlus Pad Pro ilə müqayisədə OPPO Pad 3 Pro daha flaqman texniki imkanları əldə edib. Beləliklə bu yeni planşet 144 Hz-lik təsvir yenilənməsinə sahib 3K keyfiyyətli 12.1 düym ölçülü ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 900 nit təşkil edir. Planşetin çəkisi 586 qramm, gövdə qalınlığı isə 6.49 mm təşkil edir.
         Planşet özündə Dolby Atmos dəstəkli 8 ədəd səsgücləndiricini birləşdirir. OPPO Pad 3 Pro planşeti Snapdragon 8 Gen 3 Leading Version prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda planşet 13 MP-lik arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə o, 67 vatt gücündə sürətli şarj texnologiyalı 9510 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OPPO Pad 3 Pro 30 oktyabr tarixində Çində satışa çıxacaq və onun qiyməti 463$-dan start götürəcək. Planşetin qlobal bazarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş
    Bənzər xəbərlər