
OPPO Pad SE planşetinin təqdimatı anons edilib
Cihazlar+
07.05.2025
Emil
OPPO şirkəti yeni orta büdcəli planşetinin təqdimatını anons edib. Söhbət, OPPO Pad SE-dən gedir. Şirkət sözügedən yeni planşetinin xarici görünüşünü sərgiləyib və onun barəsində bəzi təfərrüatları təqdim edib. Beləliklə OPPO-nun posterinə əsasən OPPO Pad SE planşeti 15 may tarixində təqdim olunacaq. Bu yeni planşet iki gövdə rəngində satışa çıxacaq. Starlight Silver və Night Blue. OPPO rəsmi şəkildə təsdiqləyib ki, planşet 11 düym ölçülü ekranı əldə edəcək və özündə 9340 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Bununla yanaşı OPPO Pad SE-nin 6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edəcəyi gözlənilir.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
